AZ

Ankarada təhsil alan azərbaycanlı tələbələr Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

Ankara, 18 oktyabr, AZƏRTAC

18 Oktyabr – Dövlət Müstəqilliyin Bərpası Günü münasibətilə Ankarada təhsil alan azərbaycanlı tələbələr və tələbə təşkilatlarının nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı iştirakçılar Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad edərək, abidəsinin önünə gül dəstələri düzüblər.

BUTA Gənclərin Həmrəylik Dərnəyinin sədri Tural Qafarlı və “Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin sədri İbrahim İbrahimli də iştirak ediblər.

Qeyd edilib ki, 18 Oktyabr Azərbaycan xalqının tarixi iradəsini, milli azadlıq və dövlət müstəqilliyinə sadiqliyini təcəssüm etdirən əlamətdar gündür.

Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarının gənclər arasında təbliği və bu dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
100
3
azertag.az

4Mənbələr