AZ

Çindən Cənubi Koreyaya uçan təyyarə qəfil alovlandı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Air China" aviaşirkətinin "Airbus A321" təyyarəsində poverbankın alovlanması nəticəsində yanğın baş verib.

Oxu.Az bu barədə "Baza" "Telegram" kanalına istinadən xəbər verir.

Fövqəladə hadisə təyyarə Hançjoudan Cənubi Koreyanın paytaxtı Seula uçarkən təxminən on kilometr yüksəklikdə qeydə alınıb. Alovlanma sərnişin oturacağınını üzərindəki baqaj bölməsində və sürətlə salon boyunca yayılıb.

Ekipaj məcburi eniş etmək qərarı verib, bort bələdçiləri enişdən əvvəl yanğını söndürməyi bacarıblar.

Təyyarə Şanxay hava limanında təcili eniş edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
oxu.az

1Mənbələr