AZ

Prezident İlham Əliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibə veribVİDEO

Azərbaycanla Qazaxıstan arasında siyasi əlaqələr qarşılıqlı etimadla xarakterizə olunur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində deyib.

Qazaxıstan gözlənilən dövlət səfərinə toxunan prezident bildirib ki, ötən onilliklər ərzində xalqlar arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub.

Azərbaycanla Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın inkişafından da danışan dövlət başçısı vurğulayıb ki, bu əməkdaşlığın spektri çox genişdir. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir.

Dövlət baçısı, həmçinin Türk Dövlətləri Təşkilatının Azərbaycanla Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malik olduğunu vurğulayıb. Təşkilatın iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynadığına diqqət çəkib.

Dövlət başçısı Xəzər dənizinin dayazlaşması probleminin getdikcə daha çox aktuallaşdığını da vurğulayıb.

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, ortaq məsuliyyətin və birgə fəaliyyətin zəruriliyinin rəmzinə çevrilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
174
xezerxeber.az

1Mənbələr