AZ

ICAPP Mədəniyyət Şurasının 4 cü iclasının iştirakçıları Bakıda FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Bakıda “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

"Unikal" xəbər verir ki, iştirakçılar mərkəzdəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən sənədlər, eləcə də eksponatlarla tanış olublar, həmçinin “Azərbaycan inciləri: tarixin axarında” sərgisinə baxış keçiriblər.

Daha sonra qonaqlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksində olublar.

İclas iştirakçıları “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyası adından verilən ziyafətə də qatılıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
1
unikal.az

2Mənbələr