Bu gün Bakı-Sumqayıt yolunda ciddi yol-nəqliyyat hadisəsi baş verib. İlkin baxışa görə, “Mercedes Gelandewagen”, “Chevrolet Cobalt” və “Lada VAZ 2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
NOCOMMENT.az xəbər verir ki, hadisədən sonra sürücülər arasında insident baş verib. Mübahisə qısa müddət ərzində davaya çevrilib və onlar yolu bağlayaraq süni tıxac yaradıblar.
İlkin versiyalara əsasən, qəzanın səbəbi yüksək sürət və yol hərəkəti qaydalarının üzərində olub.