AZ

“Amorimlə münasibətimiz dürüst və açıqdır”

“Mançester Yunayted”in müdafiəçisi Matteys de Liqt klubun baş məşqçisi Ruben Amorimi barədə fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, “The Telegraph” niderlandlı futbolçunun dediklərini belə çatdırıb.

“Bizim münasibətimiz yaxşıdır, o, mənə dürüstdür, mən də ona dürüstəm. Bəzən eşitmək istəmədiyimiz şeylər olur, amma onları qəbul etməliyik. Kommunikasiya və dürüstlük hər kollektivdə əsas prinsiplərdir” 

O, portuqaliyalı mütəxəssisin işinə hörmətlə yanaşdığını və komanda üzvlərinin tez-tez onu dəstəkləməli olduğunu bildirib.

Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 11-ci pillədə qərarlaşıb.

Seçilən
91
90deqiqe.az

1Mənbələr