Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti dünən keçmiş yüksək vəzifəli məmurların evlərində aparılan axtarışlar barədə ətraflı məlumat yayıb.
Teleqraf xəbər verir ki, axtarışlar İrakli Qaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze, Romeo Mikautadze, Mixail Çoxeli, Vano və Tornikelinin evlərində aparılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, müxtəlif yerlərdən 7 milyon 2200 ABŞ dolları və 136 min lari nağd pul götürülüb.
Artıq məlum olduğu kimi, dünən saat 10:00-dan başlayaraq ölkə üzrə 24 mənzil və yaşayış binasında axtarışlar aparılıb. Axtarışlar Tbilisidə, həmçinin Dedoplistkara, Vani, Çoxatauri və Borjomi bölgələrində aparılıb. İrakli Qaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze, Romeo Mikautadze, Mixeil Çoxeli, Vano və Tornike Parkaulis, Sandro Liluaşvili və onların ailə üzvlərinin evlərində axtarışlar aparılıb. Bu əməliyyatlarda Gürcüstan Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin 230 əməkdaşı iştirak edib.
Nəticədə müxtəlif yerlərdən 7 milyon 2200 və 136 min lari, 198 qızıl-zinət əşyaları və saatlar, bahalı rəsmlər, bir neçə min səhifəlik sənəd, 50 mobil telefon, 119 elektrik cihazı götürülüb.