24 dəfə Böyük Dəbilqə qalibi, serbiyalı tennisçi Novak Cokoviç mövsümün qalan hissəsi ilə bağlı planlarını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu gün üçüncülük matçında o, ABŞ təmsilçisi Teylor Fritsə 7:6 (7:4) hesabı ilə məğlub olub.
Cokoviç birinci seti oynadıqdan sonra davam etməməyə qərar verib. Kortda verdiyi açıqlamada o, azarkeşlərdən üzr istəyib:
“Hamıdan üzr istəyirəm. İkinci seti izləyə bilməyəcəyiniz üçün təəssüf edirəm, amma gözəl oyunlar oldu. Bu, oynadığım ən uzun setlərdən biri idi. Mənə göstərdiyiniz yaxşı münasibət üçün təşəkkür edirəm və ümid edirəm ki, oyunuma davam etsəm, geri qayıda biləcəyəm. İndi bədənimlə bağlı bəzi problemləri həll etmək və istirahət etmək lazımdır. Ümid edirəm ki, mövsümün son turnirlərində iştirak edə biləcəyəm”