AZ

Vətənə xəyanət və hakimiyyəti zorla ələ keçirmə maddələrinin ifaçısı Mehdiyevin təqdimatıdan doğulan icra başçıları - SİYAHI

Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində 278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, 274-cü maddə – dövlətə xəyanət və 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma) kimi ağır ittihamlarla cinayət işi başlanıb, qətimkan tədbiri seçilib.

Paytaxt.org-a daxil olan məlumatlarda bildirir ki, PA-nın keçmiş rəhbərinin haqqındakı vətənə xəyanət və hakimiyyəti zorla ələ keçirmə planı onun siyasi təşkilatına daxil olan yüzlərlə vəzifəli şxslərlə birgə olmasından irəli gəlib.

Əlbəttdə ki, Ramiz Mehdiyev o zamanlar nə qədər güclü şəxs olsaydı da, təkbaşına hakimiyyəti zorla ələ keçirə bilməzdi. Bunun üçün dövlət aparatında güclü təmsilçilər, böyük pullar, media gücü, paytaxta və regionlara təyin olunan rəhbərlər, eləcə də bəzi daha radikal qüvvələr gərəkirdi. Həmin vaxtlar bunların bir qismi mövcud idi amma...

Məlumdur ki, uzun illər Azərbaycanın daxili siyasəti, xüsusilə ictimai-siyasi mühiti Ramiz Mehdiyev-Əli Həsənov çütlüyü tərəfindən formalaşdırılıb, idarə olunub. Ramiz Mehdiyev-Əli Həsənov çütlüyünün formalışdırıb idarə etdiyi siyasi təşkilatlar, QHT-lər və media strukturları Ramiz Mehdiyevin komandasına aid olan korrupsioner məmurlar tərəfindən maliyyələşdirilirdi. Yəni, Mehdiyevin təqdimatı ilə mühüm vəzifələrə təyin olunan şəxslər paytaxda və regionlarda tutduğu postlarda rüşvətxorluğu yayır, həmçinin də vətəndaşlarımızı ölkə rəhbərindən narazı salmağa təşkilatlandırılırdı. Həmçinin də bu Mehdiyevin siyasi təşkilatına daxil edilib, rüşvət üçün ogütlənən bəzi icra başçıları prezidentin siyasətinə qarşı olub, yerlərdə sərvət toplamaqla öyünürdülər. O, rüşvətsevər icra başçılarının aqibəti illərdir hər kəsə məlumdur. O vaxt, oda məlum idi ki,  evindən, iş yerindən dollar bağlamaları və qızıl külçələri çıxan qocaman icra başçılarının təqdimatları da məhz Mehdiyev tərəfindən verilib. O vaxtdan bu günə, bir çox icra başçıları da var ki, bu gün də vəzifələrinə davam edirlər. Və, həmin icra başçılarının rəhbəri olduğu rayonlarda problemlərin hələ də qalaqlanaraq qaldığı iddia olunur. Rəhbərindən narazı qalan yerli sakinlər bu gün də bir çox sosial mediada prezidentən kömək istəyir. Bilərəkdən narazı salınan vətəndaşlarımızın yerlərdəki rəhbərlərini də məhz R. Mehdiyevin əli ilə təyin edilməsi iddia olunur və bildirilir ki, bu barədə çoxlu foto, video faktlar var...

 Xülasəvətənə xəyanət və hakimiyyəti zorla ələ keçirmə planının baş siyasi təşkilatçısı, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin təqdimatı ilə hazırda, hələ də icra başçısı işləyən şəxslər qalmaqdadır.

Həmin icra başçılarının bir qisminin siyahısını təqdim edirik:

Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
Seçilən
10
paytaxt.org

1Mənbələr