Bakı. Trend:
Banqladeşdə Dəkkə hava limanının yük hissəsində yanğın başverib.
Trend-in məlumatına görə, bu barədə yerli "The Daily Star"qəzeti xəbər verib.
Hadisə yerindən çəkilmiş görüntülərdə yanğınsöndürənlərin alovlamübarizə apardığı və hava limanının binasından güclü tüstününyüksəldiyi görünür.
Bildirilib ki, yanğın yerli vaxtla saat 14:15-də başlayıb və17:00-da söndürülüb. Onun söndürülməsinə 36 texnika cəlbolunub.
Hava limanında baş verən yanğınla əlaqədar axşam saat 21:00-aqədər bütün reyslər təxirə salınıb.