Bakı. Trend:
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli İdman NövləriAssosiasiyasının (AMİNA) birgə təşkilatçılığı ilə yeniyetmə vəböyüklər arasında milli güləş üzrə ölkə çempionatı keçiriləcək.
Trend-inməlumatına görə, bu barədə Assosiasiyanın mətbuat xidmətibildirib.
Məlumata əsasən, turnir Abşeron Olimpiya İdman Kompleksindətəşkil olunacaq.
Yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idmantəşkilatlarından olan güləşçilər medallar uğrunda mübarizəaparacaq.
Çempionatın əsas məqsədi müvafiq yaş qrupları üzrə gələn il üçünAzərbaycan yığmasının tərkibini müəyyənləşdirmək, eyni zamandayeniyetmələr və böyüklər arasında idman vasitəsi ilə sağlam həyattərzinin formlaşdırılması, həmçinin milli güləşin kütləvi təbliğinəvə təşviqinə nail olmaqdır.
Qeyd edək ki, yarış noyabrın 16-da keçiriləcək.