AZ

Flik qırmızı vərəqə alması barədə danışdı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının “Jirona” ilə oyununda son dəqiqələrdə aldığı ikinci sarı vərəqə və meydandan çıxarılması barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı bu barədə jurnalistlərə açıqlama verib.

“Niyə mənə ikinci sarı vərəqə göstərildiyini bilmirəm. Hakimə qarşı heç nə demədim. Komandamı ruhlandırmaq üçün alqışladım. İndi ‘El Klasiko’nu buraxacağımı düşünmürəm. Hakim mənimlə danışmaq istəmədi – sadəcə getdi. Mən bunu qəbul edirəm, o – hakimdir”

Qeyd edək ki, “Barselona” öz meydanında “Jirona” üzərində 2:1 hesablı qələbə qazanıb. Növbəti turda kataloniyalılar “Real”ın qonağı olacaq. Flik aldığı qırmızı vərəqə səbəbindən növbəti matçda iştirak edə bilməyəcək.

Seçilən
55
90deqiqe.az

1Mənbələr