AZ

Pakistan və Əfqanıstan sərhəddə atəşkəs barədə razılığa gəlib

BAKI, 19 oktyabr. TELEQRAF

Qətər və Türkiyənin vasitəçiliyi ilə Dohada keçirilən danışıqlar zamanı Əfqanıstan və Pakistan nümayəndələri sərhəd bölgəsində dərhal atəşkəs elan edilməsinə dair razılıq əldə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, tərəflər həmçinin iki ölkə arasında sülhün bərqərar olması və bölgədə sabitliyin möhkəmləndirilməsi məqsədilə mexanizmlərin yaradılması barədə razılığa gəliblər.

Dohada keçirilən görüşlər Qətər və Türkiyənin vasitəçiliyi ilə regional gərginliyin azaldılması və dialoqun inkişaf etdirilməsi üçün mühüm addım hesab olunur.

Seçilən
32
16
teleqraf.com

10Mənbələr