AZ

HƏMAS Netanyahunu Qəzza razılaşmasını pozmaqda ittiham edib

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı İsrailin baş naziri BenyaminNetanyahunu Qəzza zolağında atəşkəs razılaşmasını pozmaqda ittihamedib.

Trend-in məlumatına görə, bu barədə hərəkatın bəyanatındabildirilib.

HƏMAS bildirib ki, İsrailin baş nazirinin Misirlə Qəzza zolağıarasında olan "Rəfah" buraxılışı məntəqəsini açmaqdan imtina etməsiatəşkəs razılaşmasının kobud şəkildə pozulması və İsrailinvasitəçilər qarşısında götürdüyü öhdəliklərin “inkarı”dır.

Hərəkatın bəyanatında deyilir ki, nəzarət-buraxılış məntəqəsinindavamlı olaraq bağlanması, o cümlədən yaralıların ölkəni tərketməsinin qarşısının alınması və məhbusların cəsədlərinin axtarışıüçün texnikanın və ixtisaslaşmış qrupların ölkəyə daxil olması“ölülərin cəsədlərinin axtarışı və qaytarılmasının ləngiməsinə”səbəb olacaq.

Seçilən
57
az.trend.az

1Mənbələr