AZ

Zəfər xronikası. 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev TASS informasiya agentliyinə videomüsahibə verib.

Trendvideomüsahibəni təqdim edir:

-Hər vaxtınız xeyir. Biz Bakıdayıq və Azərbaycan Prezidentiİlham Əliyevlə görüşürük. Mən, Yuliya Şarifulina TASS agentliyiadından cənab Prezidentə Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlıbir neçə sual verəcəyəm.

- Salam, cənab Prezident.

Prezident İlham Əliyev: Salam.

- Sağ olun ki, bizi qəbul etməyə razılıq vermisiniz.Aydındır ki, son vaxtlar Siz kütləvi informasiya vasitələrinəçoxsaylı müsahibələr vermisiniz. Lakin vəziyyət sürətlə dəyişir.Biz bunu hər gün müşahidə edirik. Biz bəlkə də hələ zamana uyğunolmayan və Sizin ölkənin mövqeyini daha yaxşı anlamaqda bizimauditoriyaya kömək edəcək bəzi baza məsələləri üzərində dahaətraflı dayanmaq istərdik. Biz hamımız Moskvada 11 saatlıqdanışıqlar marafonunun şahidləri olduq. Siz necə hesab edirsiniz,əldə olunmuş atəşkəsin tamamilə yerinə yetirilməsinə qayıtmaqmümkündür, yoxsa həmin atəşkəs tamamilə pozulub?

- Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizəgötürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişəninnizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalqhüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, ocümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinəgötürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinəyetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistanatəşkəs rejimini kobud şəkildə pozdu. Danışıqlardan sonra heç 24saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmışGəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbəendirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlakolanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsinümayişkəranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərəhörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinəgötürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Bundan əvvəl, həlakolanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsiməqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistandöyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin görünür, onlarbununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. Yerigəlmişkən, yaxın vaxtlarda, iki gün bundan əvvəl onlar eyni cürhərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu,beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti birsəslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək.BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bubeynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər.

Vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil.Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinəsadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənibhazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuatnümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgərErmənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, bizgünü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. LakinYerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindənhazırlanmış baza prinsiplərinə tamamilə ziddidir. Ermənistanrəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraqtəkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsipetibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyətidanışıqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyəyox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçihərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədədanışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət başa düşsə ki,hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbiəməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masasıarxasında həll etməyə hazırıq.

- Sizin ölkəniz hərbi xətt üzrə təcili görüşkeçirilməsinin zəruri olması fikrinə razıdırmı? Rusiya bunu deyir.Yəni, əgər Sizin ölkə razıdırsa, onda həmin görüş hansı formatda,hansı tərəflərin iştirakı ilə keçirilə bilərdi?

- Bilirsinizmi, indiki halda birinci dərəcəli məsələ Ermənistanvə Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən buiradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü dəbunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdədaha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Eləbir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycandöyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla beləbiz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatınıqoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyəhazırıq.

Hərbçilər arasında əlaqələr məsələsinə gəldikdə isə bu məqamlarbaza prinsiplərində dəqiq müəyyən edilib və biz baza prinsiplərinəsadiqik, onların barəsində danışmışam, zənnimcə, təkrarlamağınmənası yoxdur. Bunlar Ermənistan tərəfindən işğal edilmişərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dairdanışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayışyerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır.Bütün bunlar baza prinsiplərində yazılıb. Ermənistan tərəfi dəmüxtəlif mərhələlərdə bütün bunlara razılıq verib. Buna görə indisizin müraciət etdiyiniz məsələ baza prinsiplərində razılaşmanınsonundadır. İşğala son qoyulması ilə bağlı bütün məsələlərnizamlandıqda xarici sülhməramlı qüvvələrin iştirakı nəzərdətutulurdu. Lakin nizamlanması tələb edilən əsas məsələlərrazılaşdırılmadığına görə, tərəflər bu məsələyə hələ dəbaşlamayıblar. Buna görə həmin qüvvələrin kimlərdən ibarət olacağı,orada hansı beynəlxalq qurumların, hansı ölkələrin təmsil olunacağıbarədə dəqiq anlayış yox idi. Odur ki, bütün bu məsələlər müzakirəedilmirdi. Lakin aydın idi ki, sülhməramlı qüvvələrin tərkibiAzərbaycan və Ermənistan ilə razılaşdırılmalıdır. Həmin qüvvələrindislokasiya yerləri də müəyyən edilməmişdir. Ona görə, bu gün təmasxəttinin olmadığı, status-kvonun pozulduğu, - onu biz pozmuşuq vəbunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları,status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarınındəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Biz bubəyanatları eşitmişik, lakin onların implementasiyasını görməmişik.Buna görə biz özümüz onu implementasiya etdik. Yəni, status-kvoyoxdur, təmas xətti yoxdur. Hərbi müşahidəçilər texniki baxımdannecə və harada yerləşdirilə bilər? Axı döyüş meydanında vəziyyəthər gün dəyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə haradadayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə?Yəni, bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu,öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyükriskdir. Ona görə də bütün bunlar - sülhməramlıların tərkibi,mandatı, müddəti, məqsədləri razılaşdırılmalıdır. Əlbəttə, bütünbunlar baza prinsipləri çərçivəsində olmalıdır, həmin prinsipləriisə artıq dediyim kimi, biz qəbul edirik, amma erməni tərəfi təkzibedir.

- Lakin hər halda, vəziyyət tələb edərsə, Sizin ölkənizrusiyalı hərbi müşahidəçilərin yeridilməsinə razılaşarmı? Əgərrusiyalılar olmasa, bu missiyada daha hansı ölkələr iştirak edəbilərdi? Siz hansı ölkələrin iştirakına qəti etirazedərdiniz?

- Bilirsiniz, ABŞ və Fransa kimi Rusiya da ATƏT-in Minskqrupunun həmsədridir və bu mandat çərçivəsində ölkələr öz arasındaçox sıx qarşılıqlı fəaliyyət göstərir. İndi, münaqişənin qaynarfazası dövründə mən həm Qərb mətbuatında, həm də Rusiya mətbuatındamüşahidə edirəm ki, Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasındafikir ayrılığı doğurmayan yeganə məsələdir. Yəqin ki, bu, həqiqətənbelədir. Ona görə ki, haraya baxsaq hər yerdə sanksiyalar,qarşıdurmalar, narazılıqlar və sair, özü də qarşılıqlı. Buna görə,əlbəttə, mən əminəm ki, həmsədrlik formatı çərçivəsində bu məsələhəmin ölkələr arasında razılaşdırılmalıdır. Bu məsələrazılaşdırılandan sonra tərəflərə təqdim edilməlidir. Yəni, bütünbunlar baza prinsiplərində də nəzərdə tutulmuşdur. Ona görəsülhməramlıların və ya indi adlandırmaq istədikləri kimi desək,müşahidəçilərin kimlər olacağını biz müəyyən etməyəcəyik. BunuATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər. Azərbaycan vəErmənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, yada razılaşa bilər. Buna görə mən düşünmürəm ki, bu məsələninbirtərəfli qaydada həlli hansısa hərbi kontingentin müəyyənedilməsi üçün üç həmsədr ölkə arasında əməkdaşlığın ruhuna uyğunolardı. Ən başlıcası, onlar harada olacaq? Budur məsələ. İş ondadeyil ki, Azərbaycan razılaşacaq və ya razılaşmayacaq. Biz mandatı- onun, necə deyərlər zaminini, funksiyalarını, yerləşdiyi məkanı,fəaliyyətini bilməliyik. Onlar dağlarda və ya boş bir sahədədayanıb kimin haraya atəş açmasını müşahidə edəcəklər? Əvvələn, bu,təhlükəlidir. İkincisi, məsələn, atəşkəsi kimin pozduğunu müşahidəetmək üçün hətta onu kimin pozduğu müəyyən edilsə belə, sonra nəolsun? Həmin insanları məsuliyyətə cəlb edəcəklər? Hansısa cinayətişləri açılacaq? Buna görə, ilk növbədə, baza prinsiplərininimplementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, başnazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir.Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bubarədə danışmır. Rusiya KİV-lərinin nümayəndələri ilə bizim paraleləlaqələrimiz çərçivəsində mən aydın demişəm ki, biz işğala sonqoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayışyerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmişDağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinəqaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik.Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır.Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün "QarabağErmənistandır və nöqtə" kimi və digər səmərəsiz bəyanatları iləəslində danışıqlar prosesini pozub. Onda bizə nə təklif edilir? 30il mövcud olmuş və heç bir nəticəyə gətirib çıxarmamış status-kvoyayenidən qayıtmaq? Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli,biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz bazaprinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən özqoşunlarımızı çıxarmağa razıyıq. Bax, onda gəlin müşahidəçilərməsələsini müzakirə edək. Mənim fikrimcə, bu məsələ tezliklərazılaşdırıla bilər. Lakin bunlar olmadıqda, bizə mahiyyətetibarilə nə təklif edilir? Dayanmaq? Bizim ərazilərimizin işğaldanazad olunmasını davam etdirməmək? Bizə təklif edirlər ki,Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizəheç nə təklif edilmir. Bu, ədalətsizlikdir. Hesab edirəm ki,Azərbaycana münasibətdə bu, düzgün olmayan yanaşmadır. Qoy, ermənitərəfi desin, qoy, Ermənistanın çox danışmağı xoşlayan və çox vaxtdanışdıqları ölkəsinə çox baha başa gələn baş naziri desin ki,bəli, torpaqlar işğaldan azad ediləcək, qoşunlar çıxarılacaq. Mənqoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikininverilməsini də təklif etmişdim. Sonra biz Moskvada bir günlükdanışıqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkünolmadığını başa düşdük və bu mövqedən geri çəkildik. Bununla belə,biz Ermənistan tərəfinin öz qoşunlarını işğal altında olanərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimibelə adlandırılan müşahidəçilər məsələsinə baxıla bilər.

- Prinsip etibarilə nizamlamanın ardıcıllığı barədədanışmalı olsaq, Azərbaycanda yeddi rayonun mərhələli şəkildəAzərbaycana qaytarılması, lakin Qarabağın qəti statusu müəyyənedilənə qədər Laçın dəhlizinin Ermənistanın nəzarəti altındasaxlanılması şərti ilə nizamlamaya başlamağarazıdırlarmı?

- Bilirsiniz, axı bütün bunlar baza prinsiplərində yazılıb vəbiz bunu qəbul etmişik. Bizim mövqeyimiz həmişə çox konstruktivolub və biz həmişə demişik ki, bəli, biz anlayırıq, insanlararasında əlaqə olmalıdır və Laçın dəhlizi baza prinsiplərinintərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıbki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçininAzərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalaraçılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdimetməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddəkommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, ErmənistanRusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanınamalik olacaq. Hazırda Ermənistan bu imkandan məhrum deyil, lakinbunu Azərbaycan ərazisindən keçməklə etmək qat-qat rahatdır və bu,hava şəraitindən, dağlarda qar yağmasından və sair məsələlərdənasılı deyil. Yəni, bütün bunlar Azərbaycan ərazilərinin işğaldanazad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütüntorpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağınərazisinə, - münaqişə başlayana qədər orada yaşayan bütün əhalinin25 faizi azərbaycanlılar idi, - qaytarılmasını nəzərdə tutankompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ iləErmənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəlişdə nəzərdə tutulurdu. Biz bu mövqeyimizi bir daha təsdiqedirik.

- Cənab Prezident, sirr deyil ki, Rusiya Yaxın Şərqdən,xüsusən Suriya və Liviyadan münaqişə zonasına silahlılargətirilməsi barədə xəbərlərə görə narahatlığını bildirib. Siz bununecə şərh edərdiniz?

- Mən bu barədə dəfələrlə açıq demişəm ki, bu cür narahatlıqlarəsassızdır. İndiyə qədər bizə heç bir tərəf heç bir fakt təqdimetməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransatərəfindən də səslənirdi və biz xahiş etdik ki, bizim hansısaterrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkretsübutlar təqdim edilsin. İndiyə qədər bizə sözlərdən başqa heç birfakt təqdim edilməyib. Nə Prezident kimi mənə, nə bizim xüsusixidmətlərin rəhbərlərinə, nə də Müdafiə Nazirliyinin rəhbərlərinəheç bir fakt təqdim edilməyib. Yaxşı, əgər belə faktlar varsa, əgərbunu bəyan edirlərsə, nə üçün bizə faktlar təqdim edilmir. Hansısaqəzet məqalələrinə istinad edirlər. Bilirsiniz, indi nə istəsənyazmaq olar. Ona görə biz bu yanaşmanı əsla qəbul etmirik vəbəyənmirik. Bu, birincisi.

İkincisi, mən artıq demişəm ki, Azərbaycan Ordusu həm döyüşmeydanında, həm də texniki təchizat baxımından üstünlüyünügöstərib. Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsashərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən burəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuşaparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizəsistemləri – bunu gizlətmirəm, özü tuşlanan "Spike" raketlərivasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimətgötürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir"S-300" zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu,40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularınıməhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularınaqarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunlarıSuriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün,bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçularıgörüb? Bunlar bizim əsgərlər və zabitlərdir. Bizim ehtiyatdaolanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçümüzvar. Biz hətta səfərbərlik elan etməmişik – nə üçün? Bizə lazımdeyil. Biz qismən səfərbərlik elan etdik, neçə nəfər cəlb etməyimizbarədə rəqəmlər göstərmək istəmirəm. Lakin onlardan əsasən azadedilmiş ərazilərin monitorinqinin və həmin ərazilərə nəzarətintəmin olunması üçün istifadə edirik. Biz ehtiyatda olanları döyüşəburaxmırıq, hazırda onlar bizim azad etdiyimiz ərazilərdəyerləşirlər ki, erməni tərəfin təxribat cəhdlərinin qarşısınıalsınlar. Buna görə faktlar yoxdur, zərurət yoxdur. Yalnızqeybətlər, şayiələr var. Açıq deyim, mən təəssüflənirəm ki, beləsöz-söhbətlər yayılır, bununla da Azərbaycana qara yaxmağa cəhdgöstərilir. Eyni zamanda, erməni tərəfin alçaldılmış vəziyyətdəolması bizə aydındır. Onlar bütün bu illər ərzində qürrələnir,özlərinin "məğlubedilməz ordusu" ilə lovğalanırdı. Biz onlarıtorpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar. Beləhalda onlar, əlbəttə, güman etmək və ya təsəvvür etmək istəyirlərki, bunu edən Azərbaycan Ordusu deyil, hansısa terrorçular və yahansısa ölkələrdir. Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlbedilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə,erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə birnarahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasındaRusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silahkeçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələrivar, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinəçatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar vəmüəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bumüddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahlarınnomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansıaviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edəbilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. BizICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər NazirliyiICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələriilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adıaltında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkənbütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həmdə İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bucür qaçaqmalçılıq metodlarından istifadə edilir. Biz Rusiyatərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu iləgörüldüyünü güman edirik. Ona görə ki, Rusiyanın, həmçinin Fransavə ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyisaxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə ermənitərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olanməlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarlarınəli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhursilah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, ocümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi. Ona görə ki, əgərRusiya silahları qaçaqmalçılıq yolu ilə, necə deyərlər, kəş üsuluilə nağd pulla ödənilir və daşınırsa, araşdırmaq lazımdır, bu, necəola bilər? Bizim bu cür narahatlığımız var və bizim narahatlığımızfaktlara əsaslanır. "Terrorçular" məsələsinə gəldikdə isə bunlarhamısı əsassız sözlərdir.

- İlham Heydər oğlu, amma 26 il ərzində dünya hər haldabaşa düşməyib ki, Ermənistan ilə Azərbaycan arasında Qarabağ üzrəyekun razılaşma necə görünə bilərdi. Siz bunu necə görürsünüz, hərhalda sülh naminə hansısa güzəştlər mümkündürmü?

- Bilirsiniz, mən yenə də demək istəyirəm ki, Minsk qrupununhəmsədrləri heç bir nəticəyə nail olmasalar da, - buna görə dəhaqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar, -lakin mən son 17 ildə bu məsələ ilə praktik surətdə gündəlikrejimdə məşğul olan və bu illər ərzində vaxtının çox hissəsini məhzhəll yolu tapmağa sərf etmiş bir insan kimi deməliyəm ki, Minskqrupu səy göstərib, təkliflər verib, fəaliyyətsiz qalmayıb. Bunagörə də mən bu cür əsassız ittihamları rədd edirəm. Bu, belə deyil.Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti iləmənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq.Biz razılaşdırılması, ümumiyyətlə, qeyri-mümkün görünən məsələlərinrazılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nailolmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusuəsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıqyaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqabir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bundaittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər vəLaçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayonçoxdan razılaşdırılmışdı. Biz artıq Kəlbəcər və Laçının nə vaxtqaytarılacağı məsələsini müzakirə edirdik. Yəni, biz müddətimüzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə dəMinsk qrupunun şübhəsi yox idi. Düşünürəm ki, Minsk qrupunun o vaxtbu məsələdə iştirak edən sabiq həmsədrləri bunu təsdiqləyəbilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi vəKəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı.Başqa sözlə desək, elə mexanizm təklif olunurdu ki, bu iki rayonhəmişəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununlaqətiyyən razı ola bilməzdim.

Odur ki, mən yenə də sizin sualınıza qayıdıram, Minsk qrupunizamlama üçün bünövrə yaradıb. Buraya ərazilərin işğaldan azadedilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyalarınaçılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışıdaxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqınnormalarına tamamilə uyğun gəlir. Çünki Ermənistanprezidentlərindən biri ermənilərin və azərbaycanlıların milliuyuşmazlığından danışarkən, o, bir daha özünün faşist mahiyyətininümayiş etdirib. Niyə azərbaycanlılar və ermənilər Rusiyada sakityaşaya, ümumi biznesə, qarışıq ailəyə sahib ola bilirlər? Niyə bəzigürcü kəndlərində ermənilər və azərbaycanlılar bir yerdə yaşayır,həm müsəlman, həm də xristian bayramlarını qeyd edirlər? NiyəAzərbaycanda minlərlə erməni bizim vətəndaşlarımız kimi layiqlihəyat yaşayır? Buna görə də bu cür faşist niyyətli tezislər,əlbəttə ki, nizamlamaya kömək etmirdi. Beləliklə, sadaladığım bütünbu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılmasınizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanınmövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyibaşqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircəqarış da torpaq verməyəcəklər. Onlar qondarma "Dağlıq Qarabağrespublikası"nın xəritələrini dərc edib, keçmiş Dağlıq QarabağMuxtar Vilayətinin hüdudlarından kənarda olan yeddi rayonunhamısını da oraya daxil ediblər. Onlar bizim bütün şəhərlərimizin,kəndlərimizin adlarını dəyişiblər. Bizim döyüş meydanındagördüklərimiz, sadəcə, onların 30 il ərzində qurduqları müdafiəxəttini yarıb keçmək deyildi. Biz gördük ki, onlar bu əraziləriverməyə hazırlaşmırdılar. Ona görə ki, orada o qədər iş görülmüşdü,mühəndis kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədərsərmayə qoyulmuşdu ki, bu, onların həmin torpaqlardan çıxıb getməyəhazırlaşmadıqlarını göstərirdi. Münaqişənin qaynar fazası başaçatdıqdan sonra biz onların orada nələr tikdiyi barədə taminformasiya təqdim edəcəyik. Buna görə bir daha demək istəyirəm ki,indi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Buinsan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycanxalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssəgətirib. O, Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişəErmənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onunpartiyası "Çıxış" adlanırdı – Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış.Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun,"Amnesty International", "Transparency", "Human Rights Watch","Freedom House"un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarınınnümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətindətəmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır,"Rusiyalı işğalçılar, rədd olun" şüarları ilə çıxır edirdilər. Bunagörə də mən, düzünü desəm, Rusiyanın siyasi isteblişmentininmüəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinətəəccüblənirəm. Onların gecə vaxtı Gəncə şəhərinə ballistikraketlərdən zərbə endirməsi, özü də mümkün qədər daha çox insanıməhv etmək üçün yaşayış massivlərinə bilərəkdən zərbə endirməsiqanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda döyüş meydanındacavab verirlər. Əgər ağıllarını başlarına yığmasalar, onların sonuçox acınacaqlı olacaq. Buna görə də sualınıza qayıdıram, biz bazaprinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür.Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki, gec deyil, nəqədər ki, qarşımızda diz çöküb bu prinsipləri qəbul etmək vəmünaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirməküçün onun hələ vaxtı var.

- Sonda məntiqə uyğun olardı soruşum ki, Siz RusiyaFederasiyasının vasitəçiliyi ilə Ermənistandan olan həmsöhbətinizləgörüşmək üçün Moskvaya gəlməyə hazırsınızmı?

- Bilirsiniz, mən Moskvada çox olmuşam. İndiki halda mən belədəvət almamışam, ona görə bu sual mənə deyil. Dəfələrlə şəxsənPrezident Vladimir Vladimiroviç Putin və ondan əvvəl DmitriAnatolyeviç Medvedev Ermənistan və Azərbaycan rəhbərləri arasındaüçtərəfli görüşlər keçiriblər. Lakin Ermənistanda hakimiyyət şərtiSorosun əlinə keçəndən sonra bu cür əlaqələr dayandırıldı. Rusiyamünaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və mən bubarədə demişəm, bunun üçün həm tarixi, həm də coğrafi xarakterliobyektiv səbəblər var. Səbəblərdən biri də budur ki, Rusiyaonilliklər boyu bizim regionda aktiv fəaliyyət göstərir vəqarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də biz hər cürəlaqəyə hazırıq, yeri gəlmişkən, Xarici İşlər nazirləriningörüşünün təşkil olunması barədə təklif gələn kimi biz dərhalrazılaşdıq. Bu da bizim mövqeyimizin göstəricisidir. Axı, o vaxtAzərbaycan Ordusu strateji ərazilərin bir hissəsini artıq uğurlaazad etmişdi və bu, münaqişənin təqribən on gündən çox davam etdiyivaxt baş vermişdi. Kimin nəyə qadir olması praktik olaraq artıqhamıya aydın idi. Döyüş əməliyyatlarının sonrakı gedişatını təxminetmək, yəqin ki, çox çətin deyildi. Lakin buna baxmayaraq, bizvaxtı uzatmadıq və ya imtina etmədik. Biz dedik, bəli, biz hazırıq.O vaxt, Rusiya Prezidenti ilə söhbət zamanı dedim ki, mən nazirigöndərirəm, yeri gəlmişkən, Xarici İşlər naziri həmin vaxtCenevrədə idi, Minsk qrupu ilə danışıqlar aparırdı. Münaqişəninqaynar fazasında bizim nazir Cenevrədə idi, erməni nazir isə orayagedib çatmadı, hərçənd o da, orada olmalı idi. Buna görə bizqarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvadavə ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz dəsülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuniərazilərimizi də istəyirik.

-Cənab Prezident, müsahibəyə görə sağ olun.

-Siz sağ olun.

Zəfər
Zəfər
Seçilən
31
az.trend.az

1Mənbələr