Bakı. Trend:
ABŞ Qəzza zolağında atəşkəs rejiminin HƏMAS tərəfindən pozulmasıtəhlükəsi ilə bağlı Qəzza sülh razılaşmasının qarantı ölkələri –Qətər, Türkiyə və Misiri məlumatlandırıb.
Trend-inməlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti "X" sosialşəbəkəsində yazıb.
"Fələstinli mülki şəxslərə qarşı planlaşdırılan bu hücum atəşkəsrazılaşmasının birbaşa və açıq şəkildə pozulması olacaq vəvasitəçilik səyləri ilə əldə edilmiş əhəmiyyətli irəliləyişə xələlgətirəcək", - deyə bildirilib.
Dövlət Departamenti bildirib ki, zaminlər HƏMAS-dan atəşkəsləbağlı öhdəliklərini yerinə yetirməyi tələb edir və hücumların davamedəcəyi təqdirdə Qəzza sakinlərini qorumaq üçün tədbirlərgörəcəklərini vəd edib.