AZ

ABŞ-də "Boeing 737" təyyarəsi ön şüşəsi çatladığından məcburi eniş edib

ABŞ-nin Denverdən Los-Anceles şəhərinə uçan "United" aviaşirkətinə məxsus "Boeing 737 MAX" təyyarəsi Solt-Leyk-Sitidə məcburi eniş edib. Səbəb 1 1000 metr hündürlükdə təyyarənin ön şüşəsindəki çatın yaranması olub.Bu barədə "The Aviation Herald" məlumat yayıb.

"Təyyarə laminasiya olunmuş ön şüşənin bir qatındakı çatı düzəltmək üçün öz marşrutundan çıxıb", - xəbərdə bildirilir.

Sərnişinlər aviaşirkətin təqdim etdiyi əvəzedici təyyarədə altı saatlıq gecikmədən sonra Los-Ancelesə çatıblar.

Seçilən
125
3
anews.az

4Mənbələr