Cüdo üzrə milli komandamız Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turnirinə start verib.
QOL.az xəbər verir ki, tatamiyə çıxan yeddi təmsilçimizdən altısı fəxri kürsüdə yer almağı bacarıb.
Olimpiya çempionumuz Hidayət Heydərov (73 kq) finalda Çexiya təmsilçisi Husniddin Kərimovu üstələyib.
Eyni uğura Vüsal Qələndərzadə (81 kq) də imza atıb. O, turnirin həlledici görüşündə Eetu İhanamakiyə (Finlandiya) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Balabəy Ağayev (-60 kq) və Ruslan Paşayev (-66 kq) də bütün görüşlərdə qalib gəlib. Cüdoçularımız final görüşlərində müvafiq olaraq Miçel Auqustu (Braziliya) və Lukas Sahanı (Finlandiya) məğlub edərək qızıl medal qazanıblar.
-60 kq çəki dərəcəsində digər idmançımız Əhməd Yusifov üçüncü yer yer uğrunda görüşdə fransalı Enzo Jandan üstün olaraq bürünc medala yiyələnib. Rəşid Məmmədəliyev (73) isə üçüncü yer uğrunda görüşdə kanadalı Castin Lemirzeni məğlub edərək bürünc medalla kifayətlənib.