AZ

Cəlilabadda ağır yol qəzası baş verib - Yaralılar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı maşınla toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
32
34
unikal.az

10Mənbələr