AZ

Cəlilabadda ağır QƏZA: Ölən var - FOTO

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qarşı istiqamətdən gələn “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
37
34
bizim.media

10Mənbələr