AZ

Ramiz Mehdiyev işi: Deputatlar yayılan xəbərləri təkzib etdilər

Azərbaycan siyasi gündəmini silkələyən Ramiz Mehdiyev qalmaqalı yeni mərhələyə qədəm qoyur. Mediaya sızdırılan və bir sıra deputatların adlarının Ramiz Mehdiyevlə “əməkdaşlıqda” hallandırıldığı iddialar ciddi rezonans doğurub.


Modern.az xəbər verir ki, məsələ ilə bağlı adları çəkilən deputatlar yayılan məlumatları qəti şəkildə təkzib edərək, bunu “dövlətə və Prezidentə sədaqətli insanlara qarşı yönəlmiş böhtan kampaniyası” kimi qiymətləndiriblər.


Zahid Oruc: “36 ildir həyatda olmayan atamın adını da bu məsələyə qarışdırıblar”


Deputat Zahid Oruc dünən yaydığı geniş bəyanatda bu iddiaları tamamilə əsassız və məqsədli adlandırıb. Onun sözlərinə görə:

“36 ildir həyatda olmayan atamın adını belə bu məsələyə qarışdırmaq, 25 ildir sədaqətlə gəldiyimiz Heydər Əliyev və İlham Əliyev kursuna kölgə salmaq cəhdidir. Bu ittihamlar bizi yolumuzdan döndərə bilməyəcək”.

Zahid Oruc əlavə edib ki, “Ramiz Mehdiyevin ağır dövlət cinayətləri ilə bağlı yazıda bizim adlarımızın çəkilməsi vicdansızlıqdır. Biz heç vaxt gizli layihələrdə, xarici kəşfiyyatla əlaqələrdə və ya dövlətin əleyhinə fəaliyyətlərdə iştirak etməmişik. Dövlətin etimad göstərdiyi sahələrdə fəhlə kimi çalışmışıq və bundan sonra da eyni sədaqətlə işləyəcəyik”.


“Sədaqətimiz dəyişməzdir – dövlətçiliyə xidmət bizim yolumuzdur”


Digər deputatlar da yayılan məlumatlara münasibət bildirərək, siyasi xəttlərinin hər zaman Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına və Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursuna sadiq qaldığını vurğulayıblar.

“Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman adil və ədalətli qərar verir. Bu dəfə də eyni ədalətin bərqərar olacağına inanırıq”, – deyə açıqlamada qeyd olunur.

 

Ramiz Mehdiyev barəsində cinayət işi: təfərrüatlar

 

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi. Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Seçilən
11
7
modern.az

8Mənbələr