Rusiya Federasiyasının Buryatiya Respublikasının paytaxtı Ulan-Udedə 36 nəfər zəhərlənmə simptomları ilə xəstəxanaya yerləşdirilib.
Publika.az bildirir ki, bu barədə Buryatiyanın səhiyyə naziri Yevgeniya Ludupova öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərdən 21-i 7-15 yaş arası uşaqdır:
"Ümumilikdə isə 43 zəhərlənmə faktı qeydə alınıb. Pasiyentlərdən birinin vəziyyəti ağırdır və o reanimasiyadadır. Digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilir".