AZ

Yaşıl meydanda ölüm...

Qazaxıstan futbolunda faciəvi hadisə baş verib.

"Football-plus.az" xəbər verir ki, “Kayrat”ın yetirməsi olan Dias Toleu oyun zamanı dünyasını dəyişib.

”Xan-Tenqri”nin formasını geyən 19 yaşlı oyunçu Qazaxıstanın 1-ci liqasının 25-ci turu çərçivəsində keçirilən “Ekibastus”la ev oyununda vəfat edib. Dias 65-ci dəqiqədə yerə yıxılıb. Onu xərəkdə meydandan çıxarıblar. Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti bir neçə dəqiqədən sonra yeniyetmənin öldüyünü açıqlayıb.

Toleu 2006-cı il mayın 4-də Almatıda anadan olmuşdu. O, “Kayrat”ın yetirməsi idi. Bəxtsiz futbolçu 2024-cü ilin aprelində “Xan-Tenqri”yə keçmişdi. Cinah yarımmüdafiəçisinin 1-ci liqanın cari mövsümündə 18 matçda meydana çıxdığını da xatırladaq.

Seçilən
68
1
football-plus.az

2Mənbələr