ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir.
Axar.az xəbər verir ki, səsvermə saat 8:00-da başlayıb və 18:00-dək davam edəcək.
Seçkilərlə əlaqədar ölkə üzrə ümumilikdə 777 seçki məntəqəsi yaradılıb. Namizədlər Prezident seçilmək üçün birinci turda 50% + 1% səs toplamalıdır. Namizədlərdən hansısa bu səs çoxluğunu əldə edə bilməsə, ölkədə yeddi gün ərzində ikinci tur keçiriləcək.
Beşi üstəqil olmaqla seçkidə yeddi namizəd iştirak edir. Hazırkı prezident Ərsin Tatar bu dəfə seçkilərə müstəqil namizəd kimi qatılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.