AZ

Bu telefon nömrəsi 2,75 milyona satıldı

Çində sonu səkkiz altı ilə bitən "China Mobile" nömrəsi (1836666666) 2,75 milyon yuana satılıb.

Publika.az xəbər verir ki, bu barədə SMZDM nəşri məlumat yayıb. Qeyd edilib ki, hərrac 47 000 iştirakçının iştirakı ilə "Alibaba" platformasında keçirilib. Lakin sonda yalnız dörd qeydiyyatdan keçmiş iddiaçı hərraca qatılıb. Başlanğıc qiyməti 2 milyon yuan olub, 400 min yuan isə depozit tələb edilib. 67 təklifdən sonra qiymət son məbləğə 2,75 milyona yüksəlib.

Tural

Seçilən
33
publika.az

1Mənbələr