İranın voleybol millisinin ulduzu Saber Kazemi tibbi səbəblərdən komaya düşüb.
Publika.az xəbər verir ki, o, təmsil etdiyi “Ər-Rayyan” klubunda hovuza girərkən elektrik cərəyanı vurub.
Bu barədə “Przegladsportowy.onet.pl” məlumat yayıb.
Voleybolçu dərhal huşunu itirib və tibb müəssisəsinə aparılıb, həkimlər ona ciddi nevroloji zədələr diaqnozu qoyublar.
O, həmin vaxtdan reanimasiyadadır və vəziyyəti ağır, lakin stabil olaraq qiymətləndirilir. Ürəyi, ağciyəri və qaraciyəri normaldır, lakin beyninin zədələnməsi intensiv müalicə tələb edir. Həkimlər qrupu onun vəziyyətini stabilləşdirmək üçün çalışır ki, o, tədricən sağalsın.