“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 9-cu turunda “Jirona”ya qarşı keçirilən və 2:1 hesabı ilə bitən oyunun sonunda aldığı qırmızı vərəqə barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, Flik bildirib ki, onun hərəkəti yanlış başa düşülüb:
“Mən hakimin qərarlarına yox, Frenkiyə alqışlayırdım. Sadəcə onunla danışmaq istədim, amma o, söhbətə girmək istəmədi. Hakim qərarını verdi və mən bunu qəbul etdim. Deyə biləcəyim yalnız budur. Mənə ən çox təsir edən isə ‘El-Klasiko’da komandanın yanında ola bilməyəcəyimdir.”
Qeyd edək ki, alman mütəxəssis hakimin qərarlarına etiraz etdiyi üçün meydandan qovulmuşdu.Bu səbəbdən alman çalışdırıcı La Liqanın 10-cu turunda “Real Madrid”ə qarşı keçiriləcək matçı buraxacaq. Qarşılaşma oktyabrın 26-da “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.