AZ

İsrail Qəzzaya zərbələr endirildiyini təsdiqlədi

BAKI, 19 oktyabr. TELEQRAF

İsrail ordusu Qəzzaya zərbələr endirildiyini təsdiqləyib

Teleqraf xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.

Bildirilir ki, Qəzza zolağında atəşkəsin HƏMAS tərəfindən kobud şəkildə pozulmasından sonra İsrail hava qüvvələri cavab olaraq Rəfah bölgəsində hədəflərə zərbələr endirib.

Xatırladaq ki, bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri Tamar Ben-Qvir Qəzzədə hərbi əməliyyatların tam gücü ilə bərpa olunması çağırışı ilə çıxış etmişdi.

Seçilən
20
50
teleqraf.com

10Mənbələr