Fransanın “Marsel” klubu Fransa Liqa 1-in VIII turunda evdə “Havr”ı darmadağın edib.
90deqiqe.Az-ın məlumatına görə, matç “Velodrom” stadionunda baş tutub və meydan sahibləri 6:2 hesabı ilə qalib gəlib.
Komandanın ingiltərəli hücumçusu Meyson Qrinvud görüşün qəhrəmanına çevrilib. 24 yaşlı futbolçu matçda dörd qol vuraraq “poker”ə imza atıb. Bununla da o, “Marsel” tarixində Fransa çempionatında bir oyunda 4 qol vuran ikinci futbolçu olub.
Bu göstəriciyə qədər klub tarixində yalnız əfsanəvi Jan-Pyer Papen nail olub. Fransız forvard 1989-cu ildə “Soşo”ya (6:1) və 1991-ci ildə “Lion”a (7:0) qarşı görüşlərdə “poker” etmişdi.
Cari mövsümdə Qrinvud Liqa 1-də 8 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. “Marsel” hazırda 18 xalla turnir cədvəlinin lideridir.