Bakı. Trend:
Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) ilə müxalifYaponiya İnnovasiya Partiyası (YİP) Takaiçi Sanaenin ölkənin Başnaziri vəzifəsinə namizədliyini dəstəkləmək barədə razılıq əldəedib.
Trend xəbər verirki, tərəflərin koalisiya hökumətinin qurulmasına dair razılaşmaimzalayacağı gözlənilir. Görüşlər zamanı əsas məsələlər –konstitusiya islahatları, xarici siyasət və milli təhlükəsizliksahələrində mövqelərin uyğun olduğu vurğulanıb.
Ekspertlərin fikrincə, bu razılaşma LDP sədri Takaiçi Sanaeyəoktyabrın 21-də parlamentdə keçiriləcək səsvermədə Baş nazirseçilməsi üçün kifayət qədər dəstək qazandıracaq.
Qeyd edək ki, hazırkı Baş nazir Şiqeru İşiba hakim partiyanınrəhbərliyindən istefa verdikdən sonra oktyabrın 4-də keçirilənseçkilərdə Takaiçi Sanae partiyanın sədri seçilib. O, hakimpartiyanın ilk qadın rəhbəri olmaqla yanaşı, Yaponiya tarixində ilkqadın Baş nazir ola bilər.