AZ

Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Bakı-Astana münasibətlərinin kompleks inkişaf trayektoriyasını nümayiş etdirir – Elçin Mirzəbəyli

Bakı. Trend:

Prezident İlham Əliyevin 2025-ci ilin 18 oktyabr tarixində“Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan-Qazaxıstanmünasibətlərinin iqtisadi, nəqliyyat, enerji, mədəni və ekolojiistiqamətlərdə kompleks inkişaf trayektoriyasını aydın şəkildənümayiş etdirir. Bu münasibətlər artıq təkcə intensiv diplomatikəlaqələr anlamında deyil, dərin iqtisadi inteqrasiya və regionaldayanıqlı inkişaf modeli kimi xarakterizə olunur.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalqmünasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü ElçinMirzəbəyli deyib.

Millət vəkili bildirib ki, iki ölkə arasında iqtisadiəməkdaşlığın dinamikası xüsusilə son illərdə nəzərəçarpacaq şəkildəartıb:

“Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiyastrukturunun fəaliyyət göstərməsi qarşılıqlı etimad mühitinin vəəlverişli investisiya şəraitinin göstəricisidir. 2024-cü ildə ikiölkə arasında əmtəə dövriyyəsinin 470 milyon dollara, 2025-ci ilinilk səkkiz ayında isə 547 milyon dollara çatması iqtisadiəlaqələrin sürətli artımını təsdiq edir. Bu artımda əsas amil OrtaDəhlizin səmərəli istifadəsi, nəqliyyat-logistika sistemininmodernləşdirilməsi və infrastrukturun qarşılıqlıinteqrasiyasıdır”.

Deputat vurğulayıb ki, Azərbaycan və Qazaxıstan arasında həyatakeçirilən “2022–2027-ci illər üçün Yol Xəritəsi” bu inteqrasiyanınəsas strateji sənədlərindən biridir:

“Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən bu dəhlizAvropa ilə Asiya arasında yeni nəqliyyat arteriyasınaçevrilməkdədir. Burada vahid tarif siyasəti, logistikamərkəzlərinin inkişafı və yük axınının optimallaşdırılması kimimexanizmlər hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir.

Enerji əməkdaşlığı sahəsində də ciddi nəticələr əldə olunub.SOCAR və “KazMunayQaz” arasında imzalanmış Aktau–Ceyhan marşrutuüzrə illik 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlısaziş Xəzər regionunda enerji təhlükəsizliyi sistemini gücləndirir.Aktau və Ələt limanlarının modernləşdirilməsi və logistikaimkanlarının genişləndirilməsi bu marşrutun səmərəliliyini artırır.Bu istiqamətdə həyata keçirilən tədbirlər Orta DəhlizinAvropa-Asiya tranzit marşrutu kimi strateji mövqeyinimöhkəmləndirəcək.

İnfrastruktur sahəsində nəzərdə tutulan ən mühüm layihələrdənbiri isə Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiyaxətlərinin tikintisidir. 2025-ci ilin martında Bakıda imzalanmışmüqaviləyə əsasən, bu layihə 2026-cı ilin sonuna qədər tamamlanacaqvə regionda rəqəmsal inteqrasiyanın yeni mərhələsi başlayacaq. Bu,həm iqtisadi rəqabət qabiliyyətini artıracaq, həm də informasiyatəhlükəsizliyi və texnoloji müstəqillik baxımından stratejiüstünlük yaradacaq.

İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlıq da getdikcəgenişlənir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə imzaladığısazişlər bərpaolunan enerji mənbələrinin inkişafına, enerjisistemlərinin birləşdirilməsinə və karbon emissiyalarınınazaldılmasına yönəlib. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanındavamlı inkişaf konsepsiyasının formalaşmasında mühüm addımsayılır”.

Parlamentarinin sözlərinə görə, Azərbaycan-Qazaxıstanəməkdaşlığının mədəni və humanitar ölçüləri də paralel şəkildəinkişaf edir:

“2023 və 2024-cü illərdə qarşılıqlı şəkildə keçirilmişMədəniyyət Günləri xalqlar arasında mədəni körpülərinmöhkəmlənməsinə xidmət edib. Kemel Tokayevin əsərlərinin Azərbaycandilində nəşri, onun yubileyinin və Mir Cəlal Paşayevin 115 illikyubileyinin birgə qeyd olunması bu əlaqələrin dərin mənəvi təməlininümayiş etdirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyatakeçirilən mədəni və elmi təşəbbüslər, o cümlədən Beynəlxalq TürkAkademiyasının fəaliyyəti, 1926-cı ildə Bakıda keçirilmiş BirinciTürkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması planlarıTürk birliyinin ideya-mədəni gücünü daha da artırır”.

Milli Məclisin üzvü əlavə edib ki, Prezident İlham Əliyevinmüsahibəsində xüsusi yer tutan məsələlərdən biri də Xəzər dənizindəekoloji tarazlığın pozulmasıdır.

“Su səviyyəsinin azalması və dayazlaşma prosesi həm ekoloji, həmiqtisadi təhlükə yaradır. Bu məsələ yalnız iqlim dəyişikliyi ilədeyil, həm də regiondakı sənaye təsirlərinin koordinasiyasızlığıilə bağlıdır. Dövlət başçısının vurğuladığı kimi, Xəzəryanı ölkələrarasında elmi informasiya mübadiləsinin gücləndirilməsi,koordinasiyalı tədbirlər planının hazırlanması və birgə fəaliyyətmexanizmlərinin formalaşdırılması artıq qaçılmaz zərurətdir. Xəzəryalnız su hövzəsi deyil, ortaq məsuliyyətin və ekoloji həmrəyliyinsimvoluna çevrilməkdədir.

Mahiyyət etibarilə, Azərbaycan-Qazaxıstan əlaqələri bu gün təkcəiqtisadi və diplomatik tərəfdaşlıq deyil, həm də mədəni, elmi vəekoloji birliyə əsaslanan çoxşaxəli inteqrasiya modelidir. Bu modelTürk dünyasının gələcək inkişaf xəritəsində xüsusi yer tutur vəregional sabitlik, dayanıqlı iqtisadi artım, ekoloji məsuliyyət vəmədəni həmrəyliyin vahid konsepsiyasını ifadə edir”, - deyəE.Mirzəbəyli fikrini yekunlaşdırıb.

Seçilən
84
1
az.trend.az

2Mənbələr