Dördqat Formula-1 çempionu Maks Verstappen, “Red Bull” komandası ilə ABŞ Qran-Prisinin əsas təsnifat mərhələsində hər üç seqmentdə ən yaxşı vaxtı göstərərək “Amerika trası”nda tarix yazan üçüncü sürücü olub.
90deqiqe.Az-ın məlumatına görə, əvvəlcə bu göstəriciyə yalnız iki sürücü nail olmuşdu:
Sebastyan Fettel – dördqat çempion, 2012-ci ildə “Red Bull” ilə hər üç seqmentdə lider vaxt göstərmişdi.
Luis Hemilton – yeddikqat çempion, 2017-ci ildə “Mercedes” ilə eyni uğuru təkrarlamışdı.
Beləliklə, Verstappen “Amerika trası”nda Fettel və Hemiltonla bərabər bu xüsusi nailiyyətə imza atmış oldu.