AZ

Çin ABŞ kəşfiyyatını Milli Zaman Mərkəzinə kiberhücumda ittiham edib

Bakı. Trend:

Çin Dövlət Təhlükəsizlik Nazirliyi ABŞ kəşfiyyat orqanlarınıməxfi məlumatları oğurlamaqda və Milli Zaman Mərkəzininşəbəkələrinə hücum etməkdə ittiham edib.

Trend xəbər verirki, bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.

Məlumata görə, kiberhücumlar mərkəzin normal fəaliyyətinə təsirgöstərə bilərdi. Şaansi əyalətinin Sian şəhərində yerləşən və ÇinElmlər Akademiyasına bağlı olan Milli Zaman Mərkəzi ölkədə dəqiqstandart vaxtın ötürülməsinə cavabdehdir.

Çinin əks-kəşfiyyat agentliyinin məlumatına əsasən, ABŞ MilliTəhlükəsizlik Agentliyi 2022-ci ilin martında həssas məlumatlarıoğurlamağa başlayıb. 2023-cü ilin aprelində isə ABŞ kəşfiyyatımərkəzin kompüter sistemlərinə daxil olmaq və şəbəkələrini öyrənməküçün oğurlanmış parollardan istifadə edib.

Bildirilib ki, hücumlar zamanı ABŞ, Avropa və Asiyada yerləşənvirtual serverlərdən istifadə olunub. Çin dövlət təhlükəsizlikorqanları hücumlara dair sübutlar aşkar edərək, Milli ZamanMərkəzinə araşdırma aparmaq, hücumları dayandırmaq və təhlükəsizlikprotokollarını gücləndirmək tapşırığı verib.

Seçilən
21
2
az.trend.az

3Mənbələr