AZ

"Atletik" "Qarabağ"la oyundan öncə qolsuz heç-heçə etdi

BAKI, 19 oktyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Atletik Bilbao" klubu İspaniya La Liqasında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv IX turda səfərdə "Elçe" ilə üz-üzə gəlib.

"Manuel Martines Valero" stadionunda təşkil olunan matçda qalib müəyyənləşməyib - 0:0.

Bununla da Bilbao təmsilçisi xallarını sayını 14-ə çatdırıb. Komanda doqquz turdan sonra 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Atletik Bilbao" növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. 22 oktyabrda, "San Mames" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Seçilən
99
teleqraf.com

1Mənbələr