BAKI, 19 oktyabr. TELEQRAF
Cənubi Koreya 2026-cı ilin sonuna qədər "Hyunmoo-5" ballistik raketini operativ xidmətə çıxaracaq.
Teleqraf xəbər verir ki, müdafiə naziri An Gyu Bekin sözlərinə görə, raket hazırda ordunun silah sistemlərinə inteqrasiya olunur.
"Hyunmoo-5" 8 tonadək döyüş başlığı daşıyır və Şimali Koreya rəhbərliyinin yeraltı komandir bunkerlerini hədəf almaq üçün nəzərdə tutulub. Nazir qeyd edib ki, bu raketlərdən 15–20 ədədinin atılması taktiki nüvə silahları qədər dağıdıcı təsir göstərə bilər.
Raketin yaradılması Şimali Koreyanın raket arsenallarına cavabdır. Hökumət həm məsafəni, həm də daşıya biləcəyi yükü artırmaqla strateji sarsıdıcı gücü möhkəmləndirməyə davam edəcək.