AZ

Orkun Kökcü ilə bağlı sərt açıqlama: "Yollar ayrılmalıdır"

"Beşiktaş"ın sabiq futbolçusu Ahmet Dursun İstanbul klubunun yarımmüdafiəçisi Orkun Kökcü barədə diqqətçəkən fikirlər səsləndirib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Dursun ayrılığın hər iki tərəf üçün ən doğru qərar olacağını bildirib:

"Orkunla yolların ayrılması həm "Beşiktaş"ın, həm də bu futbolçunun özünün xeyrinə olar. Mövsümün gedişində Kökçü ilə vidalaşmaq lazımdır. O, hazırda formada deyil. Orkunun öz standartlarına qayıda bilməsi üçün yenidən Avropada oynaması vacibdir".

Kamil

Seçilən
77
fanat.az

1Mənbələr