Bakı. Trend:
Bakıda keçirilən amputant futbolu üzrə Millətlər Liqasının Cqrupunun oyunlarına yekun vurulub.
Trend xəbər verirki, bağlanış matçında Azərbaycan və Ukrayna komandaları üz-üzəgəlib. **“ASCO Arena”**da təşkil olunan qarşılaşma Ukraynanın 3:1hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz turnir ərzində Belçikaya 3:0, Niderlanda 1:0 hesabı iləqalib gəlib və İsraillə golsuz heç-heçə edib.
Qeyd olunur ki, turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə minaprobleminin dünyaya çatdırılması və minadan zərərçəkənlərinbeynəlxalq idman platformalarında bir araya gəlməsi baxımındanxüsusi əhəmiyyət kəsb edir.