AZ

KKTC-də səsvermə başa çatdı

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) prezident seçmək üçün 9-cu dəfə qurulan seçki qutuları saat 18:00-da bağlanıb.

Publika.az xəbər verir ki, vətəndaşlar ölkə üzrə 777 seçki məntəqəsində səs veriblər.

218 min 313 seçicinin olduğu KKTC-də prezident seçilə bilmək üçün etibarlı səs çoxluğu qazanmaq tələb olunur.

Səslərin sayılması nəticəsində, əgər bir namizəd seçkinin ilk turunda 50+1 faiz səs toplayarsa, prezident seçilmiş sayılacaq.

Namizədlərdən biri bu faizlə səs toplaya bilməsə, ilk turda ən çox səs toplayan iki namizəd 7 gün ərzində keçiriləcək ikinci tur seçkilərində iştirak edəcək.

Seçilən
118
publika.az

1Mənbələr