AZ

Əməkdar artistin SON VƏZİYYƏTİ AÇIQLANDI

"Atamın temperaturu düşüb. İnfeksiya bədəndən tam təmizlənməyib, amma həkimlər çox səy göstərirlər, yaxşıya doğru inkişaf var".

Publika.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O bildirib ki, infeksiya ilk gündən fərqli olaraq artıq təmizlənir:

"Qanı yuyulub, amma tam sağalmayıb, zaman lazımdır. Atamda yanaşı xəstəlik də var, buna görə asan deyil. Sistemlə qidalanır. Gərək təbii qida qəbul etsin ki, sağalsın. Bu vəziyyətdən çıxandan sonra onu daha məsuliyyətli əməliyyat gözləyir. Boğazındakı şişlər götürülməlidir".

Seçilən
111
2
publika.az

3Mənbələr