AZ

Kərə yağı seçimində nələrə diqqət etməliyik?

Yaxşı kərə yağı seçmək bəzən asan görünməsə də, bir neçə sadə qaydaya əməl etməklə səhvlərdən qaçmaq mümkündür. Mağaza rəflərində müxtəlif qablaşdırmalar arasında əsl kərə yağı ilə yayılan qarışıq yağları ayırd etmək çətin ola bilər.

E-saglam.az xəbər verir ki, kulinariya mütəxəssisi və dördüncü kurs aşpaz-çörəkçi Yuliya Arxipova alış-veriş zamanı diqqət yetirilməli əsas məqamları izah edib.

Keyfiyyətli kərə yağını nə fərqləndirir?

Əsl kərə yağı yalnız qaymaqdan və ya tam süddən hazırlanmalıdır. Əgər tərkib siyahısında bitki yağı, marqarin və ya emulqatorlar yer alıbsa, bu məhsul imitasiya sayılır.

Yağ tərkibi vacib göstəricidir

Kərə yağının əsas keyfiyyət göstəricisi onun yağ miqdarıdır. Mütəxəssislər ən azı 72,5%, ideal halda isə 82% və yuxarı yağ tərkibli kərə yağı seçməyi tövsiyə edir.

Belə yağlar daha zəngin dadlı, xoş ətirli və təbii konsistensiyalı olur. Üstəlik, yüksək yağlı kərə yağı təhlükəsiz və uşaq qidası üçün də uyğun hesab edilir.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az

Seçilən
103
e-saglam.az

1Mənbələr