AZ

Xaçmazda 44 yaşlı kişi güllələndi - - Şübhəli şəxs polisə təslim oldu

Xaçmazda qətl hadisəsi törədilib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Asiman Qaraca

Seçilən
48
44
unikal.az

10Mənbələr