AZ

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Asiya Parlament Assambleyasının Koordinasiya görüşünə sədrlik edib (FOTO)

Bakı. Trend:

Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştiraketmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərindəişgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova AsiyaParlament Assambleyasının (APA) Koordinasiya görüşünə sədrlikedib.

Trend xəbər verirki, iclasda çıxışı zamanı spiker Sahibə Qafarova bu görüşlərinqarşılıqlı maraq doğuran əsas beynəlxalq məsələlər üzrəəməkdaşlığın və koordinasiyanın genişləndirilməsində mühüm rolunuvurğulayıb. Onun sözlərinə görə, əlaqələndirici görüşlər, xüsusiləbelə həssas vaxtlarda vacib əhəmiyyət kəsb edən mühüm beynəlxalqməsələlərin müzakirəsi və fikir mübadiləsinin aparılmasında APA-nınəhəmiyyətli potensialından tam istifadə etmək üçün əla imkanyaradır. Gələn il Asiya Parlament Assambleyasının yaradılmasının20-ci ildönümünün qeyd olunacağını söyləyən Milli Məclisin sədri,ötən dövrdə Assambleyanın artıq mühüm parlamentlərarası əməkdaşlıq,konstruktiv dialoq və həmrəylik platformasına çevrildiyinibildirib. Onun sözlərinə görə, bu qurum üzv ölkələrinparlamentlərini öz çətiri altında birləşdirir, onların səsinieşitdirir və ölkələrimizin ümumi məqsədlərə nail olmaq səylərinəparlament töhfəsini verir.

Azərbaycanın təşkilata sədrlik etməyə başladığı 2024-cü ildənbəri görülən işlər haqqında məlumat verən Sahibə Qafarova bildiribki, bu müddət ərzində Assambleya çərçivəsində əməkdaşlıq vədialoqun genişləndirilməsi istiqamətində səylər göstərilib.Azərbaycan birgə işin daha da gücləndirilməsi - APA-nıninstitusional potensialının inkişafı, sıralarınıngenişləndirilməsi, mövcud orqanların səmərəliliyinin artırılmasıilə bağlı bir sıra prioritetlər irəli sürüb. Sözügedən dövrdətəşkilatın sıraları genişlənib. Belə ki, Oman Sultanlığının ŞuraMəclisi APA-nın tamhüquqlu üzvü olub, Belarus Respublikası MilliAssambleyasının Respublika Şurası müşahidəçi statusu qazanıb,APA-da müşahidəçi statusu olan beynəlxalq təşkilatların da sayıartırılıb, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasınamüşahidəçi statusu verilib.
Qeyd olunub ki, Azərbaycanın sədrliyi dövründə APA büdcəsininformalaşdırılması qərarı ilə bağlı konsensus əldə olunub ki, bu daAssambleyanın imkanlarının daha da gücləndirilməsi və artırılmasıüçün çox vacibdir.

Milli Məclisin sədri çıxışında həmçinin deyib ki, dünyamızınüzləşdiyi problemlərin miqyası kollektiv tədbirlər və birgə səylərolmadan onların öhdəsindən gəlməyin qeyri-mümkün olduğunu göstərir.Qəzzada atəşkəslə bağlı əldə olunan razılaşma bunu bir daha nümayişetdirdi. O, ümidvar olduğunu bildirib ki, sazişin bütün mərhələlərilayiqincə yerinə yetiriləcək və Yaxın Şərq Sülh Sammitininnəticələri regiona ədalətli və davamlı sülh gətirəcək.

Spiker Sahibə Qafarova xatırladıb ki, gələn il Bəhreyn KrallığıAPA-ya sədrlik edəcək. O, inamını ifadə edib ki, Bəhreyninrəhbərliyi altında Assambleya bütün Asiyada parlamentlərarasıəməkdaşlığı gücləndirməyə davam edəcək və ümumi məqsədlərə uyğunolaraq qitəmizdə sülhün, həmrəyliyin və davamlı inkişafın təşviqinətöhfə verəcək.
Sonra iclas gündəlikdə duran məsələlərin müzakirəsi ilə davamedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Milli
Milli
Milli
Milli
Milli
Milli
Seçilən
74
21
az.trend.az

10Mənbələr