AZ

Putin Tramp görüşündə təxribat olacaq: Macarıstandan senssasiya

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bəzi Avropa İttifaqı siyasətçiləri Budapeştdə planlaşdırılan Rusiya və ABŞ Prezidentləri sammitini pozmaq üçün mümkün olan hər şeyi edərək təxribatlara əl atacaq.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. Siyarto vurğulayıb ki, Avropa liderlərinin marağı sülh deyil, daha çox münaqişənin davam etdirilməsi üzərindədir.

O, buna görə də sammitin baş tutmaması üçün yaxın həftələrdə və ya günlərdə müxtəlif təşəbbüslərin ola biləcəyini istisna etməyib.

Nazir həmçinin qeyd edib ki, Macarıstanın baş naziri Viktor Orban Avropada Rusiya və ABŞ Prezidentləri ilə yaxın əlaqələr qura bilən yeganə siyasətçi olaraq qalır və görüşün Budapeştdə keçirilməsi məhz bu səbəbdən seçilib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
3
globalinfo.az

4Mənbələr