İzzət Qurbanov bir gün öncə Kontakt Home mağazasında yaşadığı problemi paylaşaraq şikayət edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, o, bildirir ki, PS5 pultunu alarkən sistemdə səhv qeydə alınıb və 2 məhsul əvəzinə 4 məhsul alınmış kimi göstərilib.
Müştəri əlavə edib ki, mağaza bu məsələni həll etməyib və ona 80 AZN cərimə göndərilib, heç bir dəstək göstərilməyib. Şikayətçi məsələnin aydınlaşdırılmasını və düzgün ödəniş hesablamasını tələb edir.
Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.