AZ

Qrip əleyhinə peyvəndlənənlərin sayı ARTDIVİDEO

81 yaşlı Front Abbasov Poliklinikaya qripə qarşı peyvənd olunmaq üçün gəlib... Təzyiqi yoxlandıqdan sonra isə peyvəndləndi...

Xezerxeber.az xəbər verir ki, Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi qripə qarşı vaksinin oktyabrın 8-dən regionlar üzrə rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində tətbiqinə başlanılıb. Məlumata görə, vaksin vurulmuş insan qrip virusuna ya yoluxmur, ya da xəstəliyi yüngül formada keçirir. Ötən ilə nisbətən bu il müraciət edənlərin sayında artım var.

Bu il müraciət edənlərin arasında yaşlılar və xroniki xəsətlikləri olan şəxslər, həmçinin tibb işçiləri üstünlük təşkil edir. Elə çəkiliş aparıdığımız poliklinikanın həkimi də peyvənd olunurdu.

Bildirildi ki, peyvəndin heç bir əks təsiri yoxdur.

Hər kəs üçün uyğun olan qrip əleyhinə peyvəndləmə zamanı da diqqət edilməli məqamlar var.

Peynəd olunduqdan sonra 3 gün ərzində həmin hissənin su ilə təması qadağandır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
52
1
xezerxeber.az

2Mənbələr