AZ

ŞKTC prezident seçkilərində ana müxalifət lideri Ərhurman liderdir

BAKI, 19 oktyabr. TELEQRAF

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərində Cümhuriyyət Türk Partiyasının (CTP) ana müxalifət lideri Tufan Ərhurman öndədir.

Teleqraf xəbər verir ki, bu barədə ŞKTC Yüksək Seçki Qurumu məlumat yayıb.

Məlumata görə, indiyədək 777 seçki qutusundan 735-i hesablanıb, Erhurman 62,8% səs toplayıb, hazırkı prezident Ersin Tatar isə 35,77% səslə geri qalıb.

Prezident seçkilərinin birinci turu üçün səsvermə bazar günü səhər başlayıb.

Qeyd edək ki, ŞKTC-də 218.313 seçici var.

Hazırkı prezident Ersin Tatar müstəqil namizəd, Tufan Erhurman isə ana müxalifətdə olan Respublikaçı Türkiyə Partiyasının (CTP) partiyasının lideri kimi mübarizə aparır.

Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran və İbrahim Yazıcı müstəqil namizəd, Osman Zorba isə Kipr Sosialist Partiyasını təmsil edir.

Seçkiyə qatılacağı gözlənilən və adı səsvermə bülletenində hallanan Hüseyn Gürlek şənbə günü Ersin Tatarın lehinə namizədliyini geri götürdüyünü açıqlayıb.

Namizəd səslərin 50%-dən çoxunu (mütləq çoxluq) toplayacağı təqdirdə birinci turda prezident seçiləcək.

Namizədlərdən heç biri mütləq səs çoxluğu əldə etməzsə, birinci turda ən çox səs toplayan iki namizəd yeddi gün ərzində keçiriləcək ikinci tura keçəcək.

İkinci turda ən çox səs toplayan namizəd prezident postunu tutacaq.

Seçilən
116
teleqraf.com

1Mənbələr