Vensan Abubakarla anlaşan "Neftçi" klubu daha bir məşhur futbolçunu sıralarına qata bilər.
Offsideplus.az xəbər verir ki, "Araz-Naxçıvan"a qarşı oyundan sonra (2:2) keçirilən mətbuat konfransında Samir Abasov klubla adı hallanan İdrissa Dumbiya ilə bağlı açıqlama verib:
"Metyu da, İdrissa da alınsa, bu o demək olmaz ki, komandada çox yarımmüdafiəçi olacaq. Yarımmüdafiəçilərimiz lazım olan qədərdir. Dumbiya məsələsində müzakirələr gedir. Yaxın günlərdə necə olacağını biləcəyik".
Qeyd edək ki, 27 yaşlı futbolçu 2019-cu ildə "Sportinq"ə transfer olunub.
 
                        