Mağazaların qarşısındakı, piyadaların hərəkət hissəsindəki tametlər sökülüb. Lakin heç bir təmir işi aparılmır.
Xezerxeber.az xəbər verir ki, görüntülər Qubanın Heydər Əliyev prospekti 196 ünvanındandır. Bu ərazi artıq bir aya yaxındır ki, bərbad vəziyyətdədir. Havaların yağıntılı keçməsi piyadaların hərəkətini çətinləşdirib.
Burada fəaliyyət göstərən dörd mağaza müştərilərini qəbul edə bilmir. Sahibkarların sözlərinə görə, yol palçıq olduğuna görə, heç kim mağazalara daxil olmaq istəmir.
Məsələ ilə bağlı Quba İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov "Xəzər Xəbər"ə bildirdi ki, son aylarda rayonda abadlıq işləri davam edir. Müxtəlif küçə və prospektlərdə asfaltlama və yeni səki daşlarının döşənməsi həyata keçirilir. Həmin ərazidə də kafel və mətlax örtüyü köhnəldiyinə görə sökülüb. Yağıntılı hava səbəbindən təmir müvəqqəti dayandırılıb.
Hava düzəldikdən sonra həmin sahədə işlər bərpa olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.