AZ

“Ramiz müəllimin xüsusi xidmətləri danılmazdır” - Vitse-spiker

Ajans.az xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev yazıb. O, vitse-spiker Musa Qasımlının həmin biblioqrafiyadakı fikirlərini təqdim edib:  “Hələ 1970-80-ci illərdə Azərbaycanın lideri Heydər Əliyevin ideyaları, göstərişləri və bilavasitə rəhbərliyi altında xalqımızın elm, təhsil və mədəniyyətinin inkisafı ilə bağlı qəbul edilən qərarların hazırlanması və həyata keçirilməsində, cəmiyyətimizdə intişar tapan istiqlal ideyasının qorunmasında Ramiz müəllimin xüsusi xidmətlərinin oldugu danılmazdır. Dövrün şərtləri cərçivəsində fəaliyyət göstərərək istiqlal ideyamızı bogulmaga qoymayan milli ruhlu dövlət adamlarımıza bugünkü va gələcək nəsillər borcludur. 1980-ci illərin sonlarında Ermənistandan – tarixi torpaqlarından azərbaycanlıların vəhşicəsinə qovulmasından və Mərkəzin buna etinasız münasibətindən hiddətlənərək etiraz səsini ucaldan ziyalıların qarşısına çıxmaga, onların suallarını cavablandırmaga mənəvi haqqı olan çox azsaylı dövlət xadimlərindən biri Ramiz Mehdiyev idi. Azərbaycan ruhuna yad olan rəhbərlər tərəfindan vəzifəsindən çıxarıldıqdan sonra Ramiz müəllimin Milli Elmlər Akademiyasının kitabxanasında səbrlə işləməsinin, dövrün sovet dövlət va partiya xadimlərinin xalqın içərisində görünməyə cürət edə bilmədikləri bir vaxtda başını dik tutaraq küçədə piyada gəzdiyinin, insanlarla səmimi söhbətlər etdiyinin şahidi olmusam.
Seçilən
87
Ajans.az

1Mənbələr