AZ

ABŞ narkotik daşıyan daha bir gəmini məhv etdi

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ qüvvələri beynəlxalq sularda kolumbiyalı üsyançı qrup “Milli Azadlıq Ordusu” (ELN) tərəfindən narkotik maddələrin daşınması üçün istifadə edilən gəmini məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset deyib.

O bildirib ki, oktyabrın 17-də ABŞ hərbçiləri prezident Donald Trampın göstərişi ilə ELN ilə əlaqəli kiçik gəmiyə zərbələr endiriblər.

Pentaqonun rəhbərinin sözlərinə görə, ABŞ gəminin əhəmiyyətli narkotik yükünün qanunsuz daşınması üçün istifadə edildiyini göstərən kəşfiyyat məlumatı alıb.

Əməliyyat zamanı gəmidə 3 narkoterrorçu olub, onların hamısı öldürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
axar.az

4Mənbələr